Saxta olduğu deyilən olimpiada ilə bağlı - Açıqlama

Saxta olduğu deyilən olimpiada ilə bağlı - Açıqlama
SOSİAL
13:56 23.06.2025
477

Xəbər verdiyimiz kimi, "Global Olympiad Center” tərəfindən Dubayda təşkil olunan FISO beynəlxalq yarışmasının saxta olması ilə bağlı iddialar yayılıb. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə paylaşım edən AMEA-nın Riyaziyyat və mexanika institunun aparıcı elmi işçisi, valideyn Vəfa Məmmədova özü və övladının yarışda iştirakı üçün həmin şirkətə 5 min manat ödəniş etdiyini deyib. Ana yarışa onunla bəbabər, 200-ə yaxın şagird və valideynin qatıldığını əlavə edib. 

V.Məmmədovanın iddiasına görə, həmin yarışmaya gələnlər arasında Mozambik, Özbəkistan, Gürcüstandan 1 nəfər, Türkiyədən 2 nəfər olub, qalan iştirakçılar isə azərbaycanlı imiş.

Problemlə bağlı "Global Olympiad Center”lə əlaqə saxladıq. Mərkəzin direktoru Xəyal İbrahimzadə ünvanlarına söylənilən ittihamların əsassız olduğunu bildirdi: "FISO beynəlxalq yarışması Dubayda 13-17 iyul tarixlərində keçirilməli idi. Ölkə mərhələsində medal əldə edənlər finala vəsiqə qazanmışdılar. Ötən il olduğu kimi, bu il də final Dubayda və Koreyada keçirilirdi. Biz valideynlərlə görüşüb onlara bütün prosesi, o cümlədən ödənişlə bağlı ətraflı izahı vermişdik. Finala getmək isə könüllü idi, Vəfa xanım da həmin valideynlərdən biri idi. Ayın 13-də biz hava limanında olarkən İsrailin İranı bombalamasına görə uçuşlar dayandırıldı. Bütün ölkələr ayın 13-də orada olsa da, biz gedə bilmədik. Ayın 14-də imtahan olmalı idi, biz təşkilatçıdan xahiş etdik ki, bizə görə yarışı bir gün sonraya 15-nə dəyişsinlər. Uçuşlar bərpa olunandan sonra biz Dubaya uçduq. Lakin ölkələrin çoxu 15-i iştirak etmişdi. Təşkilatçıdan xahiş etdik ki, ayın 16-da mükafatlandırılma olan günü bizim uşaqlar üçün həm də yarış keçirilsin. 3 günə olacaq prosesi 1 günə sığışdırdıq”.

Direktor qeyd edib ki, əgər sərhədləri dünya ölkələri tərəfindən tanınan ən azı 3 ölkə iştirak edirsə, bu beynəlxalq yarışma sayılır: "Burada isə 14 ölkə - Türkiyə, Rusiya, Vyetnam, Çin, Qazaxıstan, Qırğızıstan, Malayziya, Bolqarıstan və s-dən nümayəndələr iştirak edib. FISO-nun tərəfdaş ölkələri arasında, ümumiyyətlə, Avropa ölkələri yoxdur. Azərbaycan kimi ölkələrdən şagirdlərin beynəlxalq universitetlərə qəbul almağı üçün beynəlxalq yarışlardan, olimpiadalardan mükafatlar daha çox şans deməkdir. FISO isə olimpiada deyil, beynəlxalq yarışdır. Biz həmin valideynə deməmişik ki, FISO nəticəsi hər hansı universitetə qəbul verir. Bu, sadəcə üstünlük qazandırır. FISO-nun saytında 40-da yaxın ölkə qoşulması ilə bağlı məlumat var və hər ölkə turunda nə qədər iştirakçı olduğu, neçə nəfərin qalib olması ilə bağlı məlumatlar yer alıb. Həmin valideynin ittihamları əsassızdır, arxasında kimlərsə dayanır, şər-böhtandır”.

X.İbrahimzadə həmçinin əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq