Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi - VİDEO

Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi - VİDEO
SOSİAL
21:57 31.05.2026
681
Məşhur avtomobil elan saytlarından birində gördüyü nəqliyyat vasitəsini almaq istəyən vətəndaş dələduzluqla üzləşdiyini iddia edir.

Şikayətçi Əvəz Cabbarovun Baku TV-yə sözlərinə görə, o, mayın 19-da internetdə yerləşdirilən avtomobil elanı ilə maraqlanıb.

Elanda avtomobil üçün 6 500 manat ilkin ödəniş və 30 ay müddətinə aylıq 515 manat kredit ödənişi nəzərdə tutulduğu qeyd olunub. Ə.Cabbarov bildirib ki, satıcı ilə əlaqə saxladıqdan sonra avtomobilə baxmaq üçün göstərilən ünvana gedib.

"Avtomobilin sahibi olduğunu deyən şəxs mənə bildirdi ki, maşın atasının qapısındadır. Gedib baxdıq, bəyəndik. Daha sonra onun atası məndən ümumilikdə 1 115 manat pul aldı. Məqsəd ilkin alqı-satqı müqaviləsi bağlamaq idi. Çünki avtomobili kreditlə almaq istəyirdim. Lakin kredit məsələsi gündəmə gələndən sonra həmin şəxslərlə əlaqə saxlaya bilmədim", - deyə o qeyd edib.

Şikayətçinin sözlərinə görə, hazırda avtomobil etibarnamə əsasında onun istifadəsində olsa da, sonradan ortaya çıxan başqa bir şəxs nəqliyyat vasitəsinin əsl sahibinin özü olduğunu iddia edib.

"Bir nəfər ortaya çıxıb dedi ki, avtomobilin sahibi mənəm. Bildirdi ki, mənim beh verdiyim şəxsləri tanımır. Həmin şəxslərlə isə artıq heç bir əlaqə saxlamaq mümkün deyil", - deyə Ə.Cabbarov əlavə edib.

Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparıldığı bildirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi
11:14 22.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi