Şaxtalı gündə 2 rayon qazsız qaldı

Şaxtalı gündə 2 rayon qazsız qaldı
Bütün Xəbərlər
11:00 04.02.2014
567
Son günlər ölkə ərazisində şaxtalı havanın müşahidə olunması rayonlarda qaz və işığa tələbatı daha da artırıb. 
ANS PRESS-in bölgə müxbirinin verilən məlumata görə, bu gün təxminən saat 17:00 radələrində Siyəzənin 4, Xızının isə 5 kəndində qaz verilişi dayandırılıb.
Hər iki rayonun sakinləri şaxtalı gündə soyuqda qaldıqları üçün etirazlarını bildiriblər. 
Məsələ ilə əlaqədar Siyəzən Fövqəladə hallar komissiyasının sədri Zəfər Əliyevlə əlaqə saxladıq. O isə məsələ ilə bağlı faktı təsdiqləyərək, problemin rayonun ərazisindəki xətlə bağlı olmadığını, Sumqayıt-Yaşma xəttində olan texniki nasazlıq nəticəsində dayandırıldığını qeyd edib.
O, həmçinin qeyd edib ki, yaxın bir neçə saat ərzində qazın nəqli bərpa ediləcək
OXŞAR XƏBƏRLƏR