Bu gecə Xaçmaz rayonunda yaşayış evi əşyaları ilə birlikdə yanıb.AZXEBER.COM-un məlumatına görə, yanğın Elşən Rişanova məxsus evdə baş verib.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.