SAZZ jurnalistləri hədiyyə 'yağışına tutacaq'

İQTİSADİYYAT
15:40 20.07.2012
2361
Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük simsiz genişzolaqlı İnternet provayderi Sazz Internet 22 iyula təsadüf edən Milli Mətbuat günü münasibətilə jurnalistlər üçün xüsusi hədiyyə kampaniyası keçirəcək.SAZZ-dan AZXEBER.COM-a verilən məlumata görə, həmin gün ərzində Sazz 4G Internetə abunə olmaq istəyən media mənsublarına USB modemlər pulsuz təqdim olunacaq. Kampaniya iştirkaçısı olmaq üçün kütləvi informasiya vasitəsi orqanına aid mətbuat vəsiqəsini təqdim edib abunəçi müqaviləsini imzalamaq və bir aylıq abunə haqqını (25 AZN) ödəmək kifayətdir.Kampaniya şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər Sazz 4G satış nöqtələrində keçərli olacaq. Qeyd edək ki, kampaniyanın keçirildiyi tarixdə Sazz 4G mağazaları uzadılmış iş rejimində saat 22:00-dək açıq olacaq.SAZZ 4G simsiz İnternet provayderi 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ 4G İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.Bakı, Sumqayıt, Xırdalan, Mİngəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən Sazz İnternet 2012-ci ilin  sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq