Səbail rayon icra hakimiyyəti Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbir keçiridi

Səbail rayon icra hakimiyyəti Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbir keçiridi
Bütün Xəbərlər
17:55 02.05.2013
1201

Beynəlxalq Muğam Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, elm və mədəniyyət xadimləri və KİV nümayəndələri iştirak ediblər.Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq bildirib ki, XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş edib. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın tarixi dahi şəxsiyyətlərin və böyük liderlərin tarixidir.“Xalqımızın dahi şəxsiyyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutub. Bu dahi insan yaşasaydı, bu gün ömrünün 90-cı baharını qeyd edəcəkdi. İndi biz, onun – bütün mənalı ömrünü xalqının xoşbəxt gələcəyi üçün sərf etmiş, canı qədər sevdiyi Azərbaycanın çiçəklənməsi üçün çalışmış əfsanəvi insanın əlamətdar gününü qeyd edirik”.A.Əsgərov ulu öndər Heydər Əliyevin ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyət olduğunu deyib:“Azərbaycanın tarixi inkişafının son illərində yaşadığı hadisələr, qarşılaşdığı olaylar Heydər Əliyev fenomeninin, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli və vacib olduğunu əyani şəkildə göstərib.Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, ona dayaq olub, zamanın ağır məngənəsindən xilas edib”.İcra başçısının sözlərinə görə, ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olub ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaq:“Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək, zənginləşəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaq”.Sonra xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova muğam dəstlərini, gənc və istedadlı müğənni Ramin Qasımov, əməkdar artist Fərid Əliyev, Vaqif Mustafazadə adına “Sevil” ansamblı, Cahangir Cahangirov adına xorun üzvləri ulu öndərin ən çox sevdiyi mahnıları və musiqi nömrələrini, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova “Leyli və Məcnun” operasından parçanı, xalq artisti Brilliant Dadaşova ulu öndərə həsr olunmuş mahnıları ifa ediblər.

OXŞAR XƏBƏRLƏR