Səbaildə 2014-ün hesabatı

Səbaildə 2014-ün hesabatı
Bütün Xəbərlər
14:11 02.02.2015
542
Paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2015-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
AZXEVER.COM-a İcra Hakimiyyətindən daxil olan məlumata görə, hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2014-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Qeyd olunub ki, 2014-cü ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 % çox məhsul istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 514,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 % çox nəqliyyat xidmətləri göstərilib.
Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294.5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 % çox istehlak malları satılmış, 105.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28.9 % çox iaşə xidmətləri göstərilib.
2014-cü ilin Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əmək haqqının məbləği isə 974,0 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3,0 % çoxdur.
2014-cü ildə rayonda hamısı daimi olmaqla 1837 yeni iş yeri açılıb. Ümumiyyətlə isə 2003-cü ilin oktyabrından 2015-cü ilin yanvar ayının 1-dək rayonda 44163 yeni iş yeri açılmışdır ki, onların da 43295-i daimidir.
2013-2014-cü təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülüblər.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Sona İbrahim qızı Musayeva və 160 saylı Klassik gimnaziyanın müəllimi Rubiynə Elton qızı Qasımova 2013-/2014-cü tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olublar.
Müsabiqənin keçirildiyi 7 il ərzində Səbail rayon məktəblərinində çalışan müəllimlərdən 54 nəfər «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olublar.
Ötən il ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə – Ünvanlı Sosial Yardım almaq üçün 302 ailə (1164 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 132,0 manat sosial yardım təyin olunmuşdur. Ümumilikdə, Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2814 nəfər müxtəlif sosial müavinət alır.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi ötən il ərzində tərəfindən13187 nəfər təqaüdçülərə 39.741,6 min manat təqaüd və müavinət ödənilib.
OXŞAR XƏBƏRLƏR