Səbaildə Milli Mətbuatın 140 illiyi qeyd olunub- FOTOLAR

Səbaildə Milli Mətbuatın 140 illiyi qeyd olunub-  FOTOLAR
MEDİA
17:26 15.07.2015
1306
Bu gün Səbail rayonunda Milli Mətbuatın 140 illiyi münasibətilə jurnalistlərlə görüş keçirilib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və 75-dən çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu il artıq 140 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Asif Əsgərov vurğulayıb ki, ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. RİH və KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr ildən ilə daha da möhkəmlənir.

Səbail Rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov isə son bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Görüşün sonunda 75-dən çox KİV nümayəndəsinə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

OXŞAR XƏBƏRLƏR