Səbinə Babayeva:'Bunu tək də edə bilərəm, mənim yaşım da, təcrübəm də buna imkan verir'

MƏDƏNİYYƏT
10:40 13.02.2012
3089

Fevralın 12-də Heydər Əliyev Sarayında “Eurovision-2012”də Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli final gecəsi başa çatdı.

ANN.Az-ın verdiyi xəbərə görə, münsiflərin seçiminə əsasən bu ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində ölkəmizi Səbinə Babayeva təmsil edəcək.

AZXEBER.COM portalı Səbinə Babayevaın bir müddət öncə yayımlanan müsahibəsini təqdim edir...

- Səbinə, necə oldu ki, musiqini seçdiniz?

- Allah mənə doğuluşdan oxumağı sevən ürək verib. Elə uşaqlıqdan da oxumuşam. əvvəl uşaq xoruna gedirdim, sonra məktəbi bitirdim, musiqi məktəbinin vokal sinfinə daxil oldum. Bundan sonra mahnılar, müsabiqələr, festivallar başladı. Hər şey öz-özünə alındı…

- Neçənci dəfədir ki, “Eurovision”da iştirak edirsiniz?

- Artıq dördüncü dəfədir.

- Sizdə bu canatım, inadkarlıq hardandır? Xarakterdən gəlir?..

- Bəli. İstədiyimə nail olmağı sevirəm (gülür). Amma bu, çox səviyyəli, populyar, baxımlı müsabiqədir. Şəxsən mənim üçün, bir müğənni kimi, bu maraqlıdır. Bir vətənpərvər kimi, əlbəttə istərdim ki, vətənimi layiqincə təmsil edim. Və müğənni olaraq anlayıram ki, bu müsabiqə – yaxşı sənət təcrübəsidir.

- Bir ifaçı kimi sizin üçün “Eurovision”da çıxış etmək nə deməkdir? Axı Azərbaycanın bu müsabiqədə qələbəsindən sonra bu müsabiqədə ölkəmizi təmsil etmək böyük məsuliyyətdir.

- Əksinə, mən sübut etmək istəyirəm ki, Azərbaycan təsadüfən qələbə çalmayıb. Biz layiqli yerləri qazana bilərik.

- Yəni ikinci dəfə birinci yeri qazanmaq çətin olmayacaq?

- (gülümsəyir) Biz çalışacağıq.

- Səbinə, çoxdan caz ifa edirsiniz?

- Mən əsl ənənəvi cazı ifa etmirəm. Bir neçə caz istiqamətində – soul, blüz, ballada, bossa-nova oxuyuram.

- Başqa hansı janrlara üstünlük verirsiniz?

- Azərbaycan muqisilərini sevirəm – həm klassik, həm də xalq mahnılarını.

- Muğama münasibətiniz necədir?

- Əla! Nə zamansa muğam ifa etməyi arzu edirəm. Muğamı çox sevirəm, bir müddət dərs almışam və mütləq onları davam etdirəcəyəm.

- Mahnılarımıza muğam elementləri daxil etmək dəbə çevrilib, Sizə belə bir mahnı versələr…

- Əla olar. Mən yalnız sevinərəm.

- Sizcə, bu il Azərbaycan mahnısı necə olmalıdır. Hüsniyyə deyirdi ki, o daha çox aqressiv olmalıdır, siz necə düşünürsünüz?

- Prinsipcə, razıyam. O, yaxşı mənada aqressiv və parlaq, çox dinamik olmalı, yalnız yüksək müsbət hisslər aşılamalıdır.

- Bəs duet oxumalı olsanız?..

- Mən öz qüvvəmə əminəm, bunu tək də edə bilərəm, mənim yaşım da, təcrübəm də buna imkan verir. Amma bu cür qərar verilsə, mən münsiflərin obyektivliyinə şübhə etməyəcəyəm. çünki ildən-ilə biz daha yaxşı nəticələr göstəririk – bura həm solo, həm də duetlər daxildir.

- Amma bununla belə, duetlər daha yaxşı təsir bağışlayır, elə deyil?

- Bu, fərdi məsələdir. İnsanlar fərqlidirlər, talelər müxtəlifdir (gülür).

- Ailəniz Sizin müğənni olmağınıza və bu müsabiqədə iştirakınıza necə baxır?

- Onlar məni dəstəkləyirlər. Buna görə sağ olsunlar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb