Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü

Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü
SOSİAL
19:41 15.09.2020
852

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenbergeri qəbul edib.

Ombudsman Aparatından AZXEBER.COM-a verilən xəbərə görə, S. Əliyeva bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Ombudsman təsisatında insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin qaynar xətlər, sosial şəbəkələr və elektron formada qəbulu davam etdirilib.  Pandemiya dövründə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə mütəmadi olaraq monitorinqlər keçirildiyi, saxlanılan şəxslərin hüquqlarının təmininin Müvəkkilin diqqət mərkəzində olduğu vurğulanıb.

Görüş zamanı Müvəkkil hər bir şəxsin müraciətinə heç bir ayrı-seçkiliyə yol verilmədən, həssaslıqla yanaşıldığını bildirib. Qonağın əfv məsələləri ilə bağlı sualına cavabında Ombudsman cari ilin aprel ayında ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkumun cəzasının çəkilməmiş hissəsindən azad edildiyini, o cümlədən 10 məhkumun Ombudsmanın müraciəti nəzərə alınmaqla azadlığa buraxıldığını qeyd edib.

Ombudsman Ermənistan tərəfindən girovluqda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının kobudcasına pozulması, onlara qarşı işgəncə və ləyaqəti alçaldan rəftar barədə aidiyyəti beynəlxalq qurumlara dəfələrlə xüsusi müraciətlər ünvanlanmasına baxmayaraq problemin həll edilməməsi məsələsinə toxunub. O, beynəlxalq ictimaiyyətin bu məsələyə qısa zamanda lazımi hüquqi qiymət verəcəyinə, ABŞ-ın da əsir və girov düşmüş soydaşlarımızın qaytarılmasında müvafiq dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Müvəkkil Ermənistanın pandemiya dövründə də atəşkəs rejimini mütəmadi olaraq pozmaqla Azərbaycana qarşı təxribat xarakterli hücumlar törədərək regionda sülhün bərqərar olmasına ciddi maneə yaratdığını qeyd edib. O, bu il iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə Ermənistanın törətdiyi qəfil hücum barədə danışıb. Ombudsman həmin müddətdə hərbi təxribatların baş verdiyi ərazilərdə faktaraşdırıcı missiya həyata keçirdiyini, toplanmış materiallar əsasında aralıq hesabatın hazırlanaraq aidiyyatı beynəlxalq qurumlara ünvanlandığını diqqətə çatdırıb. Səbinə Əliyeva bu təxribatçı hücumlar zamanı Ermənistan tərəfinin mülki şəxsləri və obyektləri hədəfə almaqla beynəlxalq humanitar hüquq normalarını ciddi şəkildə pozduğunu qeyd edib. Müvəkkil ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanın təxribatlarına adekvat reaksiya verməsinə ümid etdiyini bildirib.

ABŞ səfiri Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir ölkələrimiz arasında iqtisadi, sosial, enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Ombudsmanın insan hüquqlarının səmərəli müdafiəsi sahəsində çox önəmli bir vəzifə olduğunu vurğulayıb. Həmçinin insan hüquqları sahəsində bilik və təcrübələrin artırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir