Şəbnəm Həci barədə: “Ondan ideal insan tanımıram” - VİDEO

Şəbnəm Həci barədə: “Ondan ideal insan tanımıram” - VİDEO
MAQAZİN
18:20 08.09.2022
579
"Kövrək insanam. Kimsə mənə bir söz desə, oturub ağlayıram. Özümdən asılı deyil, ağlamasam ürəyim partlayar". 

Bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "YouTube"da yayımlanan "Tarix Əliyev ilə Səmimi" layihəsində deyib.

Sənətçi bildirib ki, bu həyatda həyat yoldaşı Həcini ideal insan kimi görür.

"Bu həyatda ideal insan yoxdur. Bir insanın bütün hər şeyi ideal olsa da, hardasa bir səhvi var. Həyat yoldaşıma deyirəm ki, bu həyatda səndən ideal insan tanımıram. Amma onun da səhvi var. Xarakterində bir məqam xoşuma gəlmir. Baxmayaraq ki, o, iş adamıdır, amma planlaşdırılmış iş görmür". 

Azyaşlı oğlu Əlidən söz açan Şəbnəm ona kifayət qədər zaman ayıra bilmədiyi üçün heyifsləndiyini bildirib.

"Evimdə oğluma baxan bir neçə dayə var. Onlar o dərəcədə oğluma tərbiyə verirlər ki, bəlkə də heç valideyini olan uşaqlar elə tərbiyə almırlar. Oğlum Əli mənim üçün çox darıxır. İşə gedəndə Əli dərhal deyir ki, ana hara gedirsən. Başlayır ağlamağa, çünki onun artıq ağlı kəsir".

Şou-biznesdə yaşlı müğənnilərin gənc həmkarları ilə ayaqlaşmaq üçün "dəridən-qabıqdan çıxmasına" da özünəməxsus şəkildə münasibət bildirib.

"Bir arzum var. Bu gün 38 yaşım var. 44 yaşıma kimi belə gümrah, sağlam qalım. Sənətdə elə həmkarlarım var ki, baxırsan 45 yaşı var, amma 25 yaşında cavan qızlara bənzəyir. Sənətdə 45 yaş nə yaşdır ki? Heç bir yaş deyil. Könül Kərimova gənclərlə dirəşib. Onlarla ayaqlaşmağa çalışır". 
 
///bizim media

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?