Tanınmış müğənni Şəbnəm Tovuzlu AZXEBER.COM-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Bu günlərdə Türkiyədə konsertiniz
oldu. İstərdik bir az bu haqda danışasız...
- Hər zaman demişəm ki, bir müğənnini
yüksəklərə qaldıran onun fanatlarıdır,
onu qəlbədən, olduğu kimi sevənlərdir. Məni Azərbaycanda sevənlər kimi, sevməyənlər
də var. Rusiyada da bizim məşhurları seven çoxdur. Amma Türkiyədə hər məşhurumuz
sevilmir. İndiyə kimi Türkiyədə yalnız Üzeyir konsert vermişdi, ikinci mən
oldum. Mənə İğdırdan təklif gəldi dəyərləndirdim. O qədər izdiham var idi ki,
düşündüm ayaq altında qalacam. Orada mühafizəçilər deyirdi ki, çox yaxına getməyin.
Konsertə gələnlər gənclər idi, yaşlı nəsil yox idi. Konsert zamanı güclü yağış
da yağırdı. İnanmadım ki, bu qədər anşlaq olar. Mən onlara qıymayıb, səhnədən
aşağı endim. Bu bir ifaçı üçün ən böyük uğurdur. Bəzi gerizəkalı insanlar deyir
ki, Şəbnəm özü yalandan bunu edib. Orada 5 mindən çox insan var idi. Mənim səhifəmdə
azərbaycanlılar məni tənqid edir, ancaq şərh yazan bütün türklər məni tərifləyir.
- Dediz ki, Azərbaycanda sizi sevməyənlər var. Buna səbəb nədir?
- Mən bu yerlərə zülmlə gəlmişəm, buna görə Allah borcluyam. Danışanda deyirlər ki, sənət
göstərsin. Bundan artıq nə göstərim. Muğam təhsilim var, vokal təhsilim var. Allaha
şükür səhnə mədəniyyətim var. Heç birindən əskik görünüşüm yoxdur. Biz müğənniyik
hər şeyi mükəmməl bilmək məcburiyyətində deyilik. Bəzən verilişlərdə mənasız suallarla
adamı vurmağa çalışırlar. Ancaq artıq dövr o deyil, məni sevənlər sevməyənlərdən
daha çoxdur.
- Sizin ixtisasınız tibb bacısıdır. Heç düşünmüsüz ki, tibb sahəsində davam etsəydiz, nə olardı?
- O ixtisası atamın istəyi ilə oxumuşam. İşləsəydim
bu qədər uğur qazanmazdım. Tibb bacılar kimi sadə bir xanım olardım, Şəbnəm
Tovuzlu olmazdım.
- İnsanlara qarşı mehribansız. Hamıyla xoş münasibətiniz var, ancaq ən çox tənqid olunanlardansız...
- Həqiqətən də eləyəm insanlara
qarşı çox səmimi və mehribanam. Amma hərdən mənə qarşı qəddar yanaşırlar. Mehriban
olmaq mənim təbiətimdədir. Sənət
dostlarım hərdən kənar təzyiqlərin qurbanı olub, mənə sataşırlar. Ya da görürlər
ki, Şəbnəm gündəmdədir və mənə söz atmaqla gündəmə gəlmək istəyirlər. Əvvəl
deyilənləri tez beynimə salıb, coşurdum. İndi isə onlara normal baxıram.
Ətrafımda komandam hər şeyi başa salır.
- Deyirlər ki, müğənnilər asan yolla pulu qazanır. Razısız bu fikirlə?
- Xeyr, razı deyiləm. Müğənni çox əziyyət
çəkir. Müğənnilik sənəti çox çətin və məsuliyyətli işdir. Biz hər ay, hər həftə
bir ölkəyə gedirik. Bu əziyyət deyil? El məclislərində hündürdaban ayaqqabı
üstündə məclislər aparmaq da çox çətindir. Biz də çətinlik
çəkirik. Kənardan hər şey elə görünür.
- Kifayət qədər pul qazanırsız. Heç imkansızlara yardım edirsizmi?
- Biz göz önündəyik. Məşhurlar hər zaman köməyə
ehtiyacı olan insanlara yardım edib, örnək olmalıdır. Mən özüm etdiyim yaxşılıqların
çoxunu demirəm. Bəzən şərhlərdə geyimimizi, avtomobilimizi müzakirə edirlər.
Deyirlər bunu etdiyinə bir kasıba dəstək ol. Amma onlar bilmir ki, mən
kasıblara da əl tuturam.
- Son zamanlar trend sözü çox dəbdədir. Şəbnəm trenddədir?
- Əvvələr trend anlayışı yox idi. Mən 2009-cu
ildə Nanənin efirinə çıxanda "Sevənlər ölməz” adlı mahnım 7 milyon baxış sayı
toplamışdı. İndi də buna trend deyilər. Müğənnin pr-ı, reklamı düzgün gedirsə, o seviləcək,
trenddə olacaq.
- Belə bir fikir var ki, trenddə yalnız bayağı mahnılar olur...
- Xeyr, trendə düşən mahnılar bayağı
deyil. O real izləyicinin istədiyi mahnılardı. Trendi bəyənməyib lağ edənlər,
özləri elə o gündədir. Özləri elə lağ ediləsi adamlardı.
- Bir az da şəxsi həyatınızdan danşaq. Həyat yoldaşınız sizə qoyduğu qadağalar qoyur?
- Bəzən açıq-saçıq geyimlərimə görə
aramızda söz-söhbət olur. Daha sonra mən
"Üzr istəyirəm”, "Bağışla” kimi sözlərlə həcinin könlünü alıram. Yoldaşım bir gün
də olsun məni diqqətsiz qoymayıb. Mən həyat yoldaşım həcinin ulduzuyam, həyatıyam.
Nazim Qasımzadə,
AZXEBER.COM