Seçki debatlarının moderatoru bəlli oldu

Seçki debatlarının moderatoru bəlli oldu
MEDİA
15:03 05.10.2015
1398
Milli Məclisə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat və təbliğat kampaniyası zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətində namizədlərin debatları zamanı moderatorluq edəcək aparıcı müəyyənləşib.
Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsindəncavab olaraq bildiriblər ki, bulki seçki debatlarına İTV-nin ictimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu moderatorluq edəcək.Qeyd edək ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqat oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılır.
OXŞAR XƏBƏRLƏR