Seda Sayan öz həyatından bəhs edən kitab yazır

ŞOU-BİZNES
20:33 05.12.2010
2394

İstanbul şəhərində əsasən qaraçıların yaşadığı Kadırqa məhəlləsində doğulan və öz adı Aysel olan müğənni “Kadırqalı Aysel”dən Seda Sayana uzanan yolun hamı tərəfindən oxunması vacib bir həqiqət olduğunu deyib. Qeyd edək ki, kitabın böyük bir hissəsi hazırdır və əsər 8 mart beynəlxalq qadınlar günü satışa çıxarılacaq. 

Seda Sayan həyatının küçədə yaşayan hər hansı bir insandan fərqlənmədiyini bildirib: “Mən hər insanın oxuması vacib bir həqiqətəm. Həyatım küçədə yaşayan insanlardan fərqli deyil. Bu kitabda gecəqondudan vergi rekordçuluğuna gedən yola işıq tuturam. Mən tualeti həyətdə olan bir gecəqonduda doğulmuşam. O qədər duyğusal və qərarlı yazıram ki, yazmaq kimi oxumaq da həyəcanlı olacaq”. //Ans Press

OXŞAR XƏBƏRLƏR