Sədərək yenə yandı - FOTOLAR

Sədərək yenə yandı -  FOTOLAR
Bütün Xəbərlər
10:54 21.07.2014
1234
Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumata görə, hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib.Hadisə nəticəsində ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb. Hadisə yerinə 5 yanğınsöndürən cəlb olunub.Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb.İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.Faktla bağlı araşdırma aparılır.//ans
OXŞAR XƏBƏRLƏR