Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın 5-də Brüsselə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM- a verilən məlumata görə, Səfər Əbiyev NATO baş katibinin dəvəti ilə NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.