Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.Nazir Səfər Əbiyev hörmətli qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.