Səfər Əbiyev marşalla görüşdü

Səfər Əbiyev marşalla görüşdü
Bütün Xəbərlər
17:53 15.01.2013
1069

Azərbaycanın müdafiə naziri İndoneziya Müdafiə Nazirliyinin baş katibini qəbul edib

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryantonu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun verdiyi məlumata görə, ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Müdafiə naziri Səfər Əbiyev qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb. Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. Görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan respublikaları arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb. Görüşdə İndoneziya Respublikasının Azərbayjandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto iştirak edib.

OXŞAR XƏBƏRLƏR