Səfər Əbiyev səfirlə görüşdü

Səfər Əbiyev səfirlə görüşdü
Bütün Xəbərlər
12:07 03.11.2011
1353
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev noyabrın 3-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmeni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, S. Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək ona uğurlar arzulayıb.Görüşdə iki ölkə arasında hərbi əlaqələrin mövcud durumu, regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR