Müdafiə nazirini bu ölkəyə türkiyəli həmkarı dəvət edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyəyə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Ankaraya səfər Türkiyə Cümhuriyyətinin milli müdafiə Naziri İsmət Yılmazın dəvəti ilə reallaşır. Azərbaycan müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq.