Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanı qəbul edib. Görüş zamanı ölkələrarası hərbi-texniki əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.