Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı bıçaqlandı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı bıçaqlandı
Bütün Xəbərlər
14:48 18.08.2014
1989
Ağdamda məcburi köçkünlər üçün salınmış Dördyol qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşı Əliyev Füzuli Veyis oğlu 6 bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilə ilə onun həyatını xilas etmək mümkün olub.
F. Əliyevin keçmiş qudaları ilə aralarında yaranmış münaqişə nəticəsində bıçaqlandığı bildirilir.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR