Səfərbərlik Xidməti müəllimlər üçün tədbir keçirib

Səfərbərlik Xidməti müəllimlər üçün tədbir keçirib
SOSİAL
10:34 05.09.2025
1124
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhərinin bir sıra təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə görüş keçirilib.

Bu barədə AZXEBER.COM-a Dövlət Xidmətindən məlumat verilib.

Ənənəvi görüşdə 2025-2026-cı tədris ili üzrə planlar, hədəflər, fəaliyyət istiqaməti və digər məsələlər müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi polkovnik Azər Babayev yeni tədris ilində çağırışaqədərki hazırlıq fənninin prioritetləri, qanunvericilikdə olan dəyişikliklər, ilkin hərbi qeydiyyat, bir sıra xidmətlərin elektronlaşması və digər mühüm məsələlər haqqında danışıb.

"Çağırışaqədərki hazırlıq” dərsliklərinin müəllifi Qılman Eyvazov çıxış edərək tədris planlaması, metodik vəsaitlər, fənnin əhəmiyyəti, şagirdlərin həvəsləndirilməsi, hərbi-idman və hərbi-bilik yarışlarının təşkili barədə danışıb.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclərin vətənpərvərliyindən, maarifləndirmənin əhəmiyyətindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının artırılması barədə geniş məlumat verib.

Daha sonra Xidmətin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov xaricdə təhsil, təhsilə görə verilən möhlət, xidmətlərin rəqəmsallaşması, "mygov” platforması üzərindən göstərilən xidmətlər haqqında danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2025-2026-cı tədris ilinin başlanmasına qədər digər rayonlardan olan təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə də analoji görüşlər keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Edi Ramaya Azərbaycana göstərdiyi sarsılmaz dəstəyə görə minnətdarlığımı bildirirəm
17:54 06.03.2026
Prezident: Edi Ramaya Azərbaycana göstərdiyi sarsılmaz dəstəyə görə minnətdarlığımı bildirirəm
Türkiyəli ekspert: İran Naxçıvanı bilərəkdən vurubsa, bu böyük səhvdir
17:31 06.03.2026
Türkiyəli ekspert: İran Naxçıvanı bilərəkdən vurubsa, bu böyük səhvdir
MEDİA: Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır
17:29 06.03.2026
MEDİA: Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır
Faciəvi şəkildə ölən müğənni dəfn olundu - VİDEO
17:28 06.03.2026
Faciəvi şəkildə ölən müğənni dəfn olundu - VİDEO
Komitə sədri: Naxçıvanda mülki obyektlərin vurulması açıq terror aktıdır
17:25 06.03.2026
Komitə sədri: Naxçıvanda mülki obyektlərin vurulması açıq terror aktıdır
Nazir: "Azərbaycan məktəbinin formalaşmasında qadın müəllimlərin xüsusi rolu var"
17:19 06.03.2026
Nazir: "Azərbaycan məktəbinin formalaşmasında qadın müəllimlərin xüsusi rolu var"
Polis bu qadını axtarır
17:08 06.03.2026
Polis bu qadını axtarır
İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR
16:52 06.03.2026
İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR
Politoloq: İran Azərbaycanı başqa ölkələrlə səhv salmamalıdır
16:46 06.03.2026
Politoloq: İran Azərbaycanı başqa ölkələrlə səhv salmamalıdır
Baş nazir bu tarixdə hesabat verəcək
16:36 06.03.2026
Baş nazir bu tarixdə hesabat verəcək
Naxçıvanda buraxılış imtahanları təxirə salındı
16:19 06.03.2026
Naxçıvanda buraxılış imtahanları təxirə salındı
Mehdiyevlərin bankı BOKT olur – Aktivlər və öhdəliklər ABB-yə ötürülür
16:04 06.03.2026
Mehdiyevlərin bankı BOKT olur – Aktivlər və öhdəliklər ABB-yə ötürülür
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
15:54 06.03.2026
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
“İranın Naxçıvana hücumları qəbuledilməzdir”- Pakistanlı ekspert
15:53 06.03.2026
“İranın Naxçıvana hücumları qəbuledilməzdir”- Pakistanlı ekspert
"Rusiyanın Naxçıvanın vurulmasına mövqe bildirməməsi təsadüfi deyil" - Elmar Məmmədyarov
15:48 06.03.2026
"Rusiyanın Naxçıvanın vurulmasına mövqe bildirməməsi təsadüfi deyil" - Elmar Məmmədyarov
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
15:39 06.03.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ