Səfir: "Bayden Ermənistanı mina xəritələrini təqdim etməyə məcbur etməlidir"

Səfir: "Bayden Ermənistanı mina xəritələrini təqdim etməyə məcbur etməlidir"
SİYASƏT
10:15 24.04.2021
583

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun ABŞ-ın "Defense One” mətbu orqanında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqaləsi dərc edilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə bildirilir ki, Azərbaycan və Ermənistanın Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minlararın xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir.

Qeyd olunub ki, ötən ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki və xidmət əməkdaşı Dağlıq Qarabağda baş verən mina partlayışı nəticəsində həlak olmuş, 85 nəfər isə yaralanıb.

E.Süleymanov Ermənistan tərəfinin böhranı diplomatik yolla həll etməkdən boyun qaçırmasına diqqət çəkir: "Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələrək sözügedən xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Azərbaycan, həmçinin BMT və ATƏT kimi təşkilatlarda da öz etiraz səsini ucaldıb. 24 fevral tarixində BMT Baş Katibinə ünvanlanmış məktubunda xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinin müvafiq addım atmamasının bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyini sual altına qoyduğunu qeyd edib. Nazir minalar nəticəsində insan həyatının məhv olmasını müharibə cinayəti adlandırır. Səfir ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də səmərəli minadan təmizləmənin həyata keçirilməsi üçün məlumat mübadiləsinin aparılmasının irəli sürüldüyünü qeyd edir".

E.Süleymanov bildirir ki, beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb. Bu xüsusda ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir. Mülki şəxlərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl törədir.

Məqalənin original versiyası ilə  https://www.defenseone.com/ideas/2021/04/biden-must-press-armenia-hand-over-minefield-maps/173573/ internet səhifəsindən tanış olmaq mümkündür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
Yer kürəsində maqnit fırtınası başladı
20:46 10.10.2026
Yer kürəsində maqnit fırtınası başladı
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
20:39 10.10.2026
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb
20:33 10.10.2026
Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb
"Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı
20:24 10.10.2026
"Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı
Goranboyda qəza olub, xəsarət alanlar var
20:12 10.10.2026
Goranboyda qəza olub, xəsarət alanlar var
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
20:06 10.10.2026
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
ABŞ-də atışma: ölənlər var
19:56 10.10.2026
ABŞ-də atışma: ölənlər var
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
19:42 10.10.2026
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
19:06 10.10.2026
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib