Tacikistanın Azərbaycandakı səfiri vəfat edib. ANS-in Tacikistanın "Avesta.tj" saytına istinadla verdiyi məlumata görə, Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib. Bu barədə onun qohumları məlumat veriblər. Xatırladaq ki, bir müddət öncə səfir insult keçirərək, Bakıdakı xəstəxanalrdan birinə yerləşdirilmişdi. Onun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək.