Səfir: "Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur"

Səfir: "Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur"
SİYASƏT
21:41 05.07.2023
269
Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə bildirib.

Haaqada Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair konfransda iştirakından məmnun olduğunu deyən səfir vurğulayıb ki, Avropa İttifaqı regionumuzda yeni reallıqları qəbul etməlidir, qeyri-müəyyənlik dövrü arxada qalıb.

Səfir qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycanın digər vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək.
 
OXŞAR XƏBƏRLƏR