'Səfirlərin hansısa məsələyə təsir imkanları çox azdır' - MÜSAHİBƏ

Bütün Xəbərlər
11:09 05.05.2012
1207
Amerikalılar Dünyəvi İmperiya Əleyhinə təşkilatının sədri və Ameriuka Mühafizəkarları nəşrinin şərhçisi Con Atlinin "Həftə içi"nə müsahibə verib.  Son günlərdə ABŞ və Azərbaycan arasındakı diplomatik münasibətlərin 20 illiyi xüsusi tədbirlərlə qeyd edildi. İstər Vaşinqtonda, istərsə də Bakıda bu məqsədlə ekspertlərin iştirakı ilə müxtəlif müzakirələr aparıldı. Bu müzakirələrdə Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın rolu, Vaşinqtonun Cənubi Qafqaz siyasəti, İran problemi ətrafında fikir mübadilələri oldu. Həmin məsələlər Bakıda da ciddi diqqət mərkəzində idi. Bu və digər məsələlərlə bağlı suallarımızı "Həftə içi"nə eksklüziv müsahibəsində amerikalı politoloq, Amerikalılar Dünyəvi İmperiya Əleyhinə təşkilatının sədri və Amerika Mühafizəkarları nəşrinin şərhçisi Con Atli cavablandırır. - Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hazırkı durumu necə dəyərləndirirsiniz?  - Bizim baxışlarımıza görə, Amerikada Dağlıq Qarabağ problemi praktiki olaraq həlli mümkün olmayan və fasiləsiz davam edəcəyi görünən bir münaqişə ocağıdır. Amerikalılar bu cür münaqişə ocaqlarının yenidən alovlanmaması və ölüm hallarının baş verməməsinə görə sevinirlər. Müasir zamanımızda bunun özü artıq bir nailiyyət sayılmalıdır. Mən Amerikadakı liberalların tərəfdarıyam. Bizim siyasi baxışlarımıza görə, bu cür münaqişələr biznes sayılmamalıdır. Amerika isə bu cür problemləri biznes kimi dəyərləndirərək dünyanın hansısa yerində belə problemlərə qarışmamalı və tərəflərdən hansınısa dəstəkləməməlidir. - ABŞ-ın Cənubi Qafqazdakı siyasətini necə dəyərləndirirsiniz? - ABŞ-ın siyasəti dünyanın istənilən yerində status-kvonu dəstəkləməkdən ibarət olmalıdır. Biz - yəni liberallar daha müharibə istəmirik. Amerikalılar ümumiyyətlə, xarici dünya barədə çox az şey bilirlər. Amerika liderləri isə tamamilə başqa məsələlərlə məşğuldurlar. - Beynəlxalq hüquq Azərbaycana işğal altındakı əraziləri istənilən yolla həll etmək imkanı verir. Müharibə başlayarsa, beynəlxalq birliyin reaksiyanın necə olacağı barədə nə fikirləşirsiniz? - Tərəflərin mövqeləri arasındakı fərqlərin danışıqlar yoluyla aradan qaldırılmasına çalışılmalıdır. Biz bunun əvəzinə hərbi varianta əl atmaq üsulunu dəstəkləmirik. Təbii ki, Avropa və Amerikanın neft şirkətlərinin özlərinin maraqları var. Bu maraqlar Vaşinqtonun siyasətinə təsir göstərir. Ümumiyyətlə isə, Amerikanın xarici siyasəti qismən bu ölkəyə gəlmiş xarici immiqrantlar tərəfindən müəyyənləşdirilir. Onlar öz ölkələri və bölgələri üçün narahat olduqlarına görə, Vaşinqtonun xarici siyasətinə təsir göstərməyə çalışırlar. Sadə amerikalıları isə xarici siyasət məsələləri maraqlandırmır. İsrail və Polşa kimi Ermənistanın da ABŞ-da xarici siyasətə təsir göstərmək gücünə malik güclü lobbisi var. - Bir çox ekspertlər bildirirlər ki, ABŞ bizim bölgəmizdə özünün əvvəlki mövqeyini artıq itiribg - Təmsil etdiyim liberal ideologiyanın tərəfdarlarının qənaətincə, Amerika tək sizin bölgədə yox, bütün dünyada mövqelərini itirir. Ona qarşı bütün müsəlman dünyasının baxışları dəyişir. Amerikalıların əksəriyyəti artıq dünyanın hər yerində baş verən olaylara qarışmağı arzulamır. Bizim Vaşinqtonda yerləşən və hər dəfə müharibələrdən, silah satışından və münaqişə ocaqlarından daim varlanan "hərbi sənaye kompleksi sayılan konqresimiz" var. Görürük ki, Obama da, Buş kimidir, lakin ondan daha ağıllıdır. Onların arasında böyük fərqlərin olduğunu da dərk edirik. Biz Amerikanın polis yox, mayak olmasını arzulayırıq. Hesab edirik ki, Vaşinqton müharibə başlayan zaman ağıllı qərarlar vermək və müharibənin idarə olunmasını həyata keçirməyə qadir deyil. ABŞ münaqişələrin yaranmasından nəyisə qazana bilmir, bu səbəbdən onun kənarda qalmasını istəyirik. - İran ətrafındakı durumu necə qiymətləndirirsiniz? - Heç kim İran ətrafındakı durumun ona təsiri və ya nəticələri barədə heç nə yazmır. Amerikalıların əksəriyyəti İrana hücumun əleyhinədir. Lakin Vaşinqtonda müəyyən qüvvələr var ki, müharibələrin alovlanmasını istəyirlər. Respublikaçılar Partiyasının nüvəsini təşkil edənlər çox cahildirlər və ətraf aləmdən çox qorxurlar. Ona görə də müharibəyə başlamağı istəyirlər. Lakin amerikalılar asan müharibə istəyirlər. Yəni amerikalı əsgərlər həlak olmasın, yalnız aviazərbələr və bobardmanlar vasitəsi ilə qələbə əldə edilsin. Əgər prezidentimiz daha bir uzunmüddətli müharibəyə başlasaydı seçkilərdə komandası məğlub olacaqdı. - ABŞ-ın Azərbaycanda hələ də səfiri yoxdur. Bu durum ölkənizin bölgəmizdəki strateji maraqlarına nə dərəcədə təsir göstərir?
OXŞAR XƏBƏRLƏR