Səfirlik maşını aeroport yolunda qəzaya düşdü

Səfirlik maşını aeroport yolunda qəzaya düşdü
Bütün Xəbərlər
09:14 12.12.2012
733
Gecə aeroport yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində üzü Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən 3 nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı əvvəlcə Münasib Həsənov idarə etdiyi “Toyota” markalı avtomaşını qarşıda hərəkətdə olan Mehman Əhmədovun idarə etdiyi “KIA” markalı avtomaşının arxa hissəsinə vurub. Bundan sonra hər iki avtomaşın yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Bu zaman arxadan gələn Pərviz Musayevin idarə etdiyi “BMW” markalı atvomaşının “KIA”-ya çırpılması isə qəzada əzilən avtomaşınların sayını üçə çatdırıb. Yol nəqliyyat hadisəsi zamanı avtomaşınlar yarasız vəziyyətə düşsə də, xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR