Səfirlik maşını qəzaya düşdü – FOTO

Səfirlik maşını qəzaya düşdü – FOTO
Bütün Xəbərlər
14:35 20.02.2015
1430
Bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində səfirlik maşını qəzaya uğrayıb.
Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Puşkin küçəsində qeydə alınıb.
Belə ki, "İnfiniti" markalı avtomobillə "Toyota" markalı Türkiyə Səfirliyinə aid avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobil ciddi şəkildə əzilib.
Bundan başqa, avtomobildə olan səfirlik işçiləri xəsarət alıb. Bildirilir ki, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR