Səfirliyimiz terrorla əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

SİYASƏT
15:04 23.11.2015
1107

Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər. Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:"Hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik. NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir".

OXŞAR XƏBƏRLƏR