Səfurə Əlizadə: "Aysel Teymurzadə ilə əlaqəmiz yoxdur"
ŞOU-BİZNES
18:12 16.10.2011
2995
"Biz onunla sadəcə salam-sağoldayıq. Əlaqə saxlamırıq. Mənim öz dostlarım var, onun öz dostları var".Bunu müğənni Safura Əlizadə ATV telekanalında yayımlanan "ATV maqazin" verilişində Aysel Teymurzadə ilə olan münasibətindən danışarkən deyib."Mənim fanatlarım və onun fanatları bizi bir-birimizə düşmən edirlər. Mən, düzünü deyim ki, onunla tanış deyildim. Mən "Evrovision"a gedəndə də o mənimlə tanış deyildi. Amma buna baxmayaraq, biz yenə də görüşüb, tanış olduq. İndi bizim aramızda belə bir konflikt yoxdur. Normal münasibətdəyik. Sadəcə əlaqəmiz yoxdur bir-birimizlə.