Səhər saatlarında yola salınan köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR

Səhər saatlarında yola salınan köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
SİYASƏT
13:50 11.09.2023
223
Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu Park - 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb.

"Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, Füzuli şəhərinə köçən ailələri Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR