Şəhər yollarındakı sıxlıqlardan necə qurtulmaq olar? – Deputat təkliflər verdi

Şəhər yollarındakı sıxlıqlardan necə qurtulmaq olar? – Deputat təkliflər verdi
SOSİAL
16:18 29.09.2022
1777
Son vaxtlar şəhər yollarında ağır tıxaclar müşahidə olunur. İnsanlar saatlarla yollarda qalmaqdan şikayətlənirlər. Sentyabr ayında məktəb və universitetlərin açılması ilə bu vəziyyət daha da pisləşib. Xüsusilə günün pik saatlarında yollarda hərəkət xeyli çətinləşir.

Bəs bu problemdən çıxış yolları varmı?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a fikirlərini bildirib.

Millət vəkili də şəhər yollarındakı vəziyyətin çox gərgin olduğunu qeyd edib:

"Həqiqətən, şəhər yollarında vəziyyət çox gərgindir. Bir saatlıq yolu iki saata, iki saatlıq yolu dörd saata gedirsən. Bəzən vaxtında işə çata bilmirsən, gecikirsən. Yaxud sənin bir gününün 3-4 saatı yollarda gedir. Nəqliyyat, yol, sıxlıq problemi çox ciddi fəlakətlər törədir. İnsanların əmək qabiliyyətini, iş qabiliyyətini aşağı salır. Görüləcək işlərin effektivliyini azaldır. Digər tərəfdən isə, insanlar, doğrudan da bu şəkildə stress içindədir". 

Deputat problemdən çıxış yolları olaraq yeni istiqamətlərdən yolların salınmasını təklif edib:

"Təbii ki, Azərbaycanda evlər tikilib, məhəllələr, şəhər salınıb, amma çox təəsüf ki, şəhərsalınma qaydalarına əməl edilməyib. Yollar geniş deyil, azdır. Bəzi tikintilər xaotik tikilib. Şəhərdə yolları genişləndirilmək imkanları daralıb. Şəhər əhalisi də durmadan artır, kənddəkilər də şəhərə köçür. Çünki şəhərdə yenə az-çox iş tapa bilirlər. Demək ki, ya yeni yollar salınmalıdır, şəhərin içərisində hansısa məhlələr, evlər sökülməlidir, yeni yollar salınmalıdır. Ən azından 4-5 istiqamət var ki, - 20 Yanvar, Binəqədi, Şıxov istiqaməti, bunlarda əlavə yollar salınmalıdır ki, sıxlıqın qarışısı alınsın. Yaxud insanlar alternativ yol tapsın ki, harasa gedə bilsinlər". 

R.Nurullayev həmçinin qeyd edib ki, universitetlər mərkəzdən kənara köçürülməlidir:

"Şəhər əhalisi artır və bütün universitetlər, kolleclər də Bakı şəhərində cəmləşib. Vaxtilə bu məsələ hökumətin gündəmində idi ki, universitetlər şəhərdən kənara çıxarılsın. Amma yəqin ki, maliyyə məsələsinə görə bu dayandı. Universitetlərin, kolleclərin də imkanı yoxdur ki, özləri özlərinə bina tiksinlər. Ona görə də, heç olmasa, hər il bir universitetin mərkəzdən kənara  çıxarılaraq binasının və kampusunun tikilməsi üçün dövlət büdcəsindən pul ayrılsın. Bunun hamısını birdən etmək olmur. Amma biz ən azından ildə bir universiteti şəhər kənarına çıxarsaq, problemin xeyli hissəsini həll etmiş olarıq".
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
13:51 20.07.2025
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
13:35 20.07.2025
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
13:17 20.07.2025
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
Sabahın hava proqnozu açıqlandı
13:02 20.07.2025
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
13:00 20.07.2025
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
12:42 20.07.2025
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
12:39 20.07.2025
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
12:27 20.07.2025
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
12:16 20.07.2025
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
12:15 20.07.2025
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
Nazan Öncel xəstəxanaya yerləşdirildi
11:49 20.07.2025
Nazan Öncel xəstəxanaya yerləşdirildi
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
11:34 20.07.2025
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
11:30 20.07.2025
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
11:20 20.07.2025
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
İranda 5,2 maqnitudalı zəlzələ olub
11:00 20.07.2025
İranda 5,2 maqnitudalı zəlzələ olub
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb
10:46 20.07.2025
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb