Şəhərin mərkəzindəki iğtişaşlarda 12 nəfər yaralandı - VİDEO

Şəhərin mərkəzindəki iğtişaşlarda 12 nəfər yaralandı - VİDEO
Bütün Xəbərlər
11:32 01.06.2013
1464

İstanbulun mərkəzində - İstiqlal prospektindəki Taksim meydanında cümə günü baş verən iğtişaşlarda 12 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

AZXEBER.COM-un məlumatına görə, sözügedən məlumatı CNN telekanalı yayıb. Toqquşmalar Taksim meydanındakı Gezi Parkında tikinti-bərpa işlərinin aparılmasına etiraz edilməsi məqsədilə aksiyaların keçirilməsi ilə başlayıb.İstanbul sakinləri hakimiyyət orqanlarının parkdakı yaşıllıq və əklil sahələrinin məhv edilməsi, Osmanlı imperiyasından qalma kazarmaların yenidən bərpa edilməsi və həmin ərazidə yeni ticarət mərkəzinin açılması plnalarının əleyhinədirlər və buna görə də, artıq dördüncü gündür ki, bu məqsədlə etirazlarını ifadə edirlər.Bununla belə, İstanbulun meri, memar Kadir Topbaş sakinləri əmin edib ki, parkın ləğv edilməsi ticarət mərkəzinin açılması ilə əlaqədar deyil, bu, sadəcə olaraq, bütün meydanda bərpa işlərinin aparılması layihəsinin bir hissəsidir. Cümə günü meydana toplaşan izdihamı dağıtmaq üçün polis su maşınlarından və gözyaşardıcı qazlardan istifadə edib. 63 etirazçı saxlanılıb.Ölkənin daxili işlər naziri Muammer Güler söz verib ki, hüquq-mühafizə orqanları tərəfindən aksiyaçılara qarşı tətbiq edilən hər hansı zorakılıq əməlləri ilə bağlı faktlar ciddi surətdə araşdırılacaq.Xatırladaq ki, parkın sökülməsinə etiraz edən sakinlər əllərində şüarlar və plakatlarla meydana axışıblar, müxtəlif şüarlar səsləndiriblər, daha sonra isə sözügedən etirazlar yerlərdə siyasi aksiyalara çevrilib.Aksiyaçılar ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan hökumətini avtoritarizmi gücləndirməkdə ittiham edirlər. Ərdoğan isə bununla belə, parkda yenidənqurma-bərpa işlərinin aparılmasında iddialıdır və bu layihənin həyata keçirilməsini təkid edir.

OXŞAR XƏBƏRLƏR