Şəhid atası maşınla adam vurdu - Ölən qazi atasıdır

Şəhid atası maşınla adam vurdu - Ölən qazi atasıdır
SOSİAL
13:36 25.01.2026
1086
Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi "VAZ 2106” markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR