Şəhid atası Xaləddin İsgəndərova görə küçələrdə yatır - VİDEO

Şəhid atası Xaləddin İsgəndərova görə küçələrdə yatır -  VİDEO
SOSİAL
17:50 11.05.2016
5260

Bura şəhid atası Məmmədəli Səfərovun evi deyil. Onu bir neçə gün öncə avtobusda yatılı görən gənc oyadıb müvəqqəti olaraq qaldığı evə gətirib. 64 yaşlı kişi iki gün sonra buranı da tərk etməlidir. Hara gedəcəyini, harada gecələyəcəyini bilmədən... “Bolluq bazarında kafedə işləyirdim, orada da qalırdım. Hökumətdən heç nə tələb etmirdim, ev istəmirdim. Buna ehtiyacım yox idi. Elə oldu ki, Bolluq bazarı plana düşdü, satıldı. Mən də oradan çıxdım, qaldım küçələrdə”- Məmmədəli Səfərov danışır.

Onun oğlu Mehman Səfərov 19 yaşında Ağdərədə gedən döyüşlərdə şəhid olub. Neftçalada yerləşən internat məktəbə onun adı verilib, qarşısına büstü də qoyulub. Amma indi ataya oğlu şəhid olduğu üçün ödənilməli olan 11 min manat sığorta pulu verilmir ki, özünə sığınacaq düzəltsin. Binəqədi rayon İcra Hakimiyyətindən də ona deyiblər ki, “oğlunun ağlı olardı, müharibəyə getməzdi”. “Danışırdım ki, uşaq özü getdi müharibəyə. İcra hakimiyyətində işləyən bir adam, bilmədim kimdi, mənə qayıtdı ki, “ağlı olardı, getməzdi”. Dedim, ağlı var idi ki, müharibəyə gedib. Amma ağlı yoxdur ki, sizə görə gedib. Siz kresloda oturmusunuz. Sizin oğlunuzun hansı biri cəbhəyə gedib? Hansı biri əsgərlik edib ? Bir nazir oğlunun adın çəkə bilərsiniz mənim üçün ki, o əsgərliyə gedib? Nə oldu, “qara millət” ə qalmışdı bu?!”

O yay-qış küçələrdə, parklarda, avtobuslarda, dəniz kənarındakı yarımçıq tikililərdə qalır. Amma ona qoyulan diaqnoz bu yerlərdə qalmağı qadağan edir. Məmmədəli Səfərov ağ ciyər vərəmi xəstəliyindən 2-ci qrup ömürlük əlildir.

Şəhid atası ev almaq üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti onun şəhid atası və ömürlük 2-ci qrup əlil olmasını nəzərə alaraq ev növbəsinə salıb. 2015-ci ildən ev növbəsində olan Məmmədəli Səfərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyiblər ki, o, 2018 –ci ildən sonra ev alacaq.

Binəqədi rayon İcra Hakimiyyətininİctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisiRəvanə Əliyeva deyir ki, şəhid atasının ev növbəsinə yazılması ilə bağlı sərəncam versələr də, ona növbədənkənar ev vermək qurumun səlahiyyətində deyil.

İcra Hakimiyyətindən bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid atasına növbədənkənar ev vermək səlahiyyətindədir. Amma Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bu səlahiyyətin icra hakimiyyətində olduğunu deyir.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 4-cü maddəsinə əsasən “Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar”. Bu işin təşkili Müdafiə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Şəhid atasının isə ancaq əynindəki paltarıdır, başqa heç nəyi yoxdur. Nə maşını, nə evi, nə də işi. 64 yaşlı kişi düşünür ki, oğlu sağ-salamat olsaydı, bu yoxluğu çəkməzdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
15:07 02.07.2025
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
Çin: Qəzzada daimi sülh hərbi yolla əldə edilə bilməz
15:01 02.07.2025
Çin: Qəzzada daimi sülh hərbi yolla əldə edilə bilməz
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir VİDEO
15:00 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir VİDEO
İsrail XİN rəhbəri İrana sanksiyaların tətbiqinə çağırış edib
14:46 02.07.2025
İsrail XİN rəhbəri İrana sanksiyaların tətbiqinə çağırış edib
Peskov: Rusiya və Azərbaycan rəsmiləri problemli məsələləri müzakirə edirlər
14:27 02.07.2025
Peskov: Rusiya və Azərbaycan rəsmiləri problemli məsələləri müzakirə edirlər
Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
14:21 02.07.2025
Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub