Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı oldu — FOTOLAR

Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı oldu — FOTOLAR
SOSİAL
14:50 29.04.2021
523
Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun (27.04.1990-26.10.2020) xatirə lövhəsi və baralyefinin açılışı olub. 

AZXEBER.COM xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib. İ.Gülməmmədova çıxış edərək şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün bütün lazimi tədbirlərin görüldüyünü qeyd edib. I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən 150-dən çox şəhidimizin adına küçə salındığını qeyd edən başçının sözlərinə görə, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Xırdalandakı gözəl küçələrdən birinə də şəhid F.Məmmədovun adının verildiyini və baralyefinin yaradıldığını vurğulayan icra başçısının bildirdiyinə görə, bu abidə gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir. 

Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan İ.Gülməmmədova deyib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində torpaqlarımızın işğalına son verildiyini, xalqımızın torpaq həsrətinə son qoyulduğunu söyləyən başçı 44 gün müddətində düşmən ordusunun tamamilə darmadağın edildiyini deyib. 

Sonra Abşeron Mədəniyyət Şöbəsinin müdiri İlham Manafov, baralyefin müəllifi rəssam-heykəltaraş Seymur Süleymanov və rayon ağsaqqalları çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıblar.  

Daha sonra İ.Gülməmmədova şəhidin anası Kifayət Əliyeva və həyat yoldaşı Şəhla Məmmədova ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. F.Məmmədovun ailəsi də ölkədə şəhidin ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. 
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?