Şəhid olan gizirimiz torpağa tapşırıldı - FOTOLAR

Şəhid olan gizirimiz torpağa tapşırıldı -  FOTOLAR
Bütün Xəbərlər
00:18 29.05.2014
1773

Erməni kəşfiyyat-diversiya qrupunun postumuza basqın etməsi nəticəsində şəhid olan gizirimiz Abilov Xudaverdi Fərhad oğlunun cənazəsi bu gün torpağa tapşırılıb.

AZXEBER.COM APA-ya istinadən məlumatına görə,  Sumqayıtdakı Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində gizirin hərbiçi yoldaşları, yaxınları və Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçuları iştirak ediblər.

Qeyd edək ki, Mayın 28-i gecə saatlarında erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın edən zaman ordumuzun giziri Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, əsgərimiz Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. O, yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Əsgərimizin vəziyyətində dəyişiklik yoxdur.

OXŞAR XƏBƏRLƏR