Şəhid oğlu qol vurdu, əsgər salamı verdi - VİDEO

İDMAN
16:23 10.04.2016
3317
Bu gün Premyer Liqasının XXIX turu çərçivəsində "İnter" - AZAL görüşü keçirilib.
"İnter Arena"da keçirilən bu görüşdən əvvəl futbolçular meydana əsgər formalarında olan uşaqlarla və "Şəhidlər ölməz, vətən bölünməz" pankartı ilə çıxıblar.
Oyundan öncə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Maraqlıdır ki, görüşdə yeganə qolu da şəhid oğlu vurub.
Belə ki, I Qarabağ müharibəsində şəhid olmuş Ərşad Nadirovun oğlu Vüqarın 64-cü dəqiqədə vurduğu qol "İnter"ə qələbə qazandırıb. Vüqar Nadirov qol sevincini əsgər salamı etməklə qeyd edib.
OXŞAR XƏBƏRLƏR