Şəhid Ruhid İslamlı haqqında film çəkilir

Şəhid Ruhid İslamlı haqqında film çəkilir
SOSİAL
18:33 20.06.2026
577
Şəhid Ruhid Uğur oğlu İslamlının həyat və qəhrəmanlıq yolundan bəhs edən bədii filmin çəkilişlərinə başlanılıb.

Film NN.FILM.AZ tərəfindən istehsal olunur. Layihənin rejissoru Natiq Novruzovdur.

Ekran əsərində Ruhid İslamlının vətəninə, millətinə və dövlətinə sonsuz sədaqətlə bağlı olan bir gənc kimi formalaşması, psixoloq kimi fəaliyyəti, eləcə də 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlar öz əksini tapacaq.

Filmdə onun döyüş meydanında nümayiş etdirdiyi igidlik, silahdaşlarına verdiyi mənəvi dəstək, döyüş yoldaşlarının həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq və qəhrəmanlığı sayəsində çoxsaylı əsgərlərimizin sağ qalması xüsusi olaraq işıqlandırılacaq.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, şəhid Ruhid Uğur oğlu İslamlı ölümündən sonra "III dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" Şücaətə görə medalları ilə təltif edilib.

Şəhid Ruhid İslamlının həyat hekayəsini və qəhrəmanlıq salnaməsini əks etdirən bu ekran əsəri yalnız Azərbaycanda deyil, qardaş Türk dilli dövlətlərdə də yayımlanacaq və geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

Filmin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların şərəfli həyat yolunu gələcək nəsillərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.

Ruhun şad olsun, Şəhid Ruhid Uğur oğlu İslamlı! Qəhrəmanlığın hər zaman qəlblərdə yaşayacaq
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
06:24 26.09.2026
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
03:49 26.09.2026
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO