Şəhid Səbuhinin qardaşına şəhid ailəsi statusu verildi? - Yayılan FOTO ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəhid Səbuhinin qardaşına şəhid ailəsi statusu verildi? - Yayılan FOTO ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
13:20 29.09.2022
1287
Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova Müdafiə Nazirliyindən şəhid ailəsi statusu verilməsi üçün arayış təqdim edildiyi ilə bağlı məlumatlar yayılıb.

Şəhid Səbuhinin qardaşı Sənan Əhmədov AZXEBER.COM-a bildirib ki, ona DOST Mərkəzinə təqdim etmək üçün Müdafiə Nazirliyi arayış verib:

"Müdafiə Nazirliyi mənə arayış verib. Deyiblər ki, DOST Mərkəzinə təqdim et. Nəticəni onlar deyəcək. Onlar qərar verəcək ki, şəhid ailəsi sayılıram, ya yox”.

DOST Mərkəzindən isə AZXEBER.COM-a bildirilib ki, vətəndaş rəsmi qaydada müraciət etdikdən sonra onun müraciətinə baxılıb, daha sonra yekun qərar veriləcək.

Müdafiə Nazirliyinin Sənan Əhmədova verdiyi arayışı təqdim edirik:

Aydın Nuri
 

 

OXŞAR XƏBƏRLƏR