Şəhid övladlarının “Məzun günü” keçirildi - FOTOLAR

Şəhid övladlarının “Məzun günü” keçirildi -  FOTOLAR
SOSİAL
16:35 12.06.2025
592
İyunun 11-də "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi və "Stereohall” konsert mərkəzinin tərəfdaşlığı ilə bu il orta məktəbi müvəffəqiyyətlə bitirən məzun şəhid övladları üçün "Məzun günü” tədbiri təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, qeyd edib ki, "Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik.”

Tədbirdə iştirak edən millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Nigar Məmmədova və Tahir Mirkişili çıxışlarında məzun olan gənclərə xoş arzularını çatdıraraq, onların təhsil nailiyyətlərini yüksək qiymətləndiriblər.

Təhsilin İnkişafına Dəstək Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək, şəhid övladlarına göstərilən diqqət və qayğını hər bir vətəndaş üçün mənəvi məsuliyyət adlandırıb.

Daha sonra məzunlar - Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi,
polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və Vətən müharibəsi şəhidi, mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev öz həmyaşıdlarını təbrik ediblər. "Gəlin, bu illərimizi təbəssümlə, gözəl xatırlayaq və hər zaman bir-birimizə dəstək olaq. Hər birimizin yolu uğurlu olsun”.

Tədbir bədii hissə ilə davam edib. Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Miri Yusif, tanınmış müğənnilər Sevinc Ağasıyeva, DJ China və Star Band qrupu öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb