19 yaşlı şəhidimiz evin tək oğlu imiş...

SOSİAL
23:04 14.10.2021
1402
Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidimiz Goranboy rayonunun Borsunlu kəndindəndir.

2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il imiş hərbi xidmətdə imiş.

O, sabah doğulduğu kənddə torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR