Məlumata görə, zəlzələnin baş verdiyi ərazidə afterşoklar davam etdiyindən sakinlərin təxliyə mərkəzlərinə köçürülməsi nəzərdə tutulur. Xilasetmə əməliyyatlarının aparılması üçün bölgəyə yüzlərlə hərbçi cəlb edilib.
Xatırladaq ki, iyulun 28-də Kyuşu adasının Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində azı bir nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.










































