Səhiyyə naziri xəsarət alanlara baş çəkmək üçün Şirvana yola düşüb

SAĞLAMLIQ
20:28 26.07.2016
2541
Şirvanda baş vermiş hadisədə xəsarət alanlara baş çəkmək məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev Şirvana yola düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, hadisə nəticəsində hələlik 20 nəfər xəsarət alıb, ölən yoxdur. Xəsarət alanlardan 2-nə ambulator yardım göstərilib. Hazırda 18 nəfər xəstəxanada müalicə olunur. Onlar travma və yanıq xəsarətləri alıblar. Xəsarətlərin alanların vəziyyətləri ağır, orta ağır, bəzilərinin vəziyyəti isə kafi qiymətləndirilir. Xəsarət alanlardan 1 nəfəri reanimasiya şöbəsindədir. Partlayış nəticəsində öləmlərin olması ilə bağlı hələ ki məlumat yoxdur.

Yaralılara yüksək səviyyədə tibbi yardım göstərilir. Ərazidə təcili tibbi yardım briqadalarının işləməsində də heç bir problem yoxdur.

OXŞAR XƏBƏRLƏR