Səhiyyə nazirinin müavini: ''Azərbaycana saxta dərmanlar daha çox Hindistandan gətirilir''

Səhiyyə nazirinin müavini:
Bütün Xəbərlər
11:54 29.09.2012
965
"Azərbaycana saxta dərmanlar daha çox Hindistandan gətirilir". Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, Azərbaycana gətirilən dərmanların hər bir seriyası yoxlanıldıqdan sonra bazara çıxarılır. "Azərbaycanda son illərdə qanunvericiliyə edilmiş düzəlişlər nəticəsində ölkəyə saxta dərmanların gətirilməsi minimuma enib. Qeydiyyatı olmayan dərmanlar Azərbaycan bazarına yol tapa bilmir. Buna yol verənlər barəsində Cinayət Məcəlləsində həbs cəzası nəzərdə tutulur".
Nazir müavini saxta dərmanlarla bağlı problem həmişə olub və davam etdiyini qeyd edib. "Saxta dərmanlar dünyanın problemidir. Sadəcə ölkələrdən asılı olaraq saxta dərmanların faizi dəyişir.
E.Ağayev Azərbaycan saxta dərmanlarla mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşdığını da vurğulayıb.
OXŞAR XƏBƏRLƏR