BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Səhiyyə nazirinin müavini tibbi maska çatışmazlığı ilə bağlı suallara aydınlıq gətirib

Səhiyyə nazirinin müavini tibbi maska çatışmazlığı ilə bağlı suallara aydınlıq gətirib
SAĞLAMLIQ
22:38 23.03.2020
3432
"Xəstə insanlar kimisə yoluxdurmamaq üçün tibbi maskadan istifadə etməlidirlər”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında apteklərdə tibbi maska çatışmazlığı ilə bağlı sualı cavablandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V. Qasımov deyib ki, sağlam insanların adi halda maskadan istifadə ettməsi düzgün deyil: "Yalnız insanlar çox olan yerdə sağlam insanlar tibbi maskadan istifadə edə bilərlər”.

Nazir müavini tibbi maskaların xaricə aparılmasının qarşısının alınması üçün qadağa tətbiq olunduğunu da nəzərə çatdırıb.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Azərbaycanda kifayət qədər maska və qoruyucu vasitələrin olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR