Səhiyyə Nazirliyi: 3500-dən artıq COVİD-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub

SAĞLAMLIQ
16:41 17.08.2020
1126
Səhiyyə Nazirliyi koronavirusa yoluxan xəstələrin pulsuz dərman preparatları ilə təmin olunması barədə məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə nazirliyin nəzdində yaradılmış işçi qrupunun üzvü İnara Makayeva məlumat verib. O bildirib ki. indiyədək 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub:

"Bildiyiniz kimi, cari ilin iyun ayının sonunda Səhiyyə Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılıb. Qrupun əsas vəzifəsi Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin işini əlaqələndirməkdən ibarətdir". Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupu üzvünün sözlərinə görə, asimptomatik və yüngül simptomlu xəstələrin pulsuz dərmanlarla təmin edilməsi haqqında qərar qəbul olunub. Belə xəstələrə müalicə üçün lazım olan dərman vasitələri paylanılıb:

C vitamini, D vitamini, Sink, Selenium, Maqnezium və Parasetamol. Niyə məhz bu dərmanların seçildiyini haqqında suala cavab verərək, İnara Makayeva bildirdi ki, beynəlxalq tövsiyələrə əsasən, yuxarıda sadalanmış preparatlar insanın immunitet sistemini stimullaşdırır və bütün mənbələrini viruslarla mübarizə üçün səfərbər edir".

İnara Makayeva Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun COVID-19 xəstələrinin ambulator şəraitdə müalicəsi üçün xüsusi təlimat hazırladığını da söyləyib:

"İş prosesi belə təşkil olunub, Hər gün poliklinikalarda test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər”.

Onun sözlərinə görə, yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb müəssisələrinə baş çəkməyən pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb və bununla digərlərin yoluxma təhlükəsini azaldıb:

"İndi biz COVID-19 diaqnozlu pasiyentlərin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır. Həmçinin, koronaviruslu xəstələrin reanimasiya və süni ağciyər ventilyasiya cihazlarına qoşulma ehtiyacı ümumiyyətlə azalıb. Ancaq bu hələ təhlükənin tam bitdiyini bildirmir. Hal-hazırda hamımız - həm həkimlər, həm də xəstələr mümkün qədər diqqətli və nizamlı olmalıyıq ki, gələcəkdə müsbət dinamika bizi sevindirməyə davam etsin".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrinin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ