Səhiyyə Nazirliyi Ebola virusu ilə bağlı əmr verdi

Səhiyyə Nazirliyi Ebola virusu ilə bağlı əmr verdi
Bütün Xəbərlər
13:43 15.08.2014
872
Səhiyyə Nazirliyi dünyanı dəhşətə salan Ebola virusu ilə bağlı əmr imzalayıb.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib.
Xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi əlaqədar əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan Ebola virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir.
Öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Leonedə aşkarlanıb. Xəstələr arasında ölüm göstəricisi təxminən 90 faiz təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində, habelə insandan insana yoluxma ilə baş verir.
Qeyd olanları nəzərə alaraq Azərbaycanda Ebola virusu xəstəliyinə qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin ölkəmizə keçməsinin qarşısının alınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır