Səhiyyə Nazirliyindən əhaliyə - XƏBƏRDARLIQ

SOSİAL
16:07 22.04.2019
4579
Səhiyyə Nazirliyi mövzunun hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi, antirabik vaksinini vaxtında vurdurmağı və əhaliyə ehtiyatlı olmağı tövsiyə edir.

AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliyə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər.

Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir. Quduzluğun insanların yoluxmasında əsas mənbə itlərdir. Xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur. Xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir. İnsanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir. Xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir.

Qeyd edək ki, 2018-ci il ərzində Azərbaycanda heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq, bu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxs zərər çəkib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:45 14.07.2020

Xəzər İbrahim: “Minsk Qrupunun sadəcə bir üzvünün yanımızda olduğunu gördük” - VİDEO

17:36 14.07.2020

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”

17:28 14.07.2020

Ermənilər 76 yaşlı kişini bu evdə öldürüb - VİDEO

17:16 14.07.2020

Şəhid mayor Namiq Əhmədov dəfn olundu

16:59 14.07.2020

Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri belə saxladı - ANBAAN VİDEO

16:58 14.07.2020

"Qarabağı ermənilərdən almanın zamanı gəlib" – Türkiyədən Azərbaycana daha bir dəstək

16:55 14.07.2020

"Semaşko"nun direktoru işdən çıxdı - YENİ TƏYİNAT

16:44 14.07.2020

Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi

16:38 14.07.2020

Ombudsman Səbinə Əliyeva Tovuzun Ağdam kəndinə getdi

16:38 14.07.2020

Ukrayna səfiri Kiyevin Azərbaycanı dəstəkləyən bəyanatından sonra Ermənistan XİN-ə çağırılıb

16:31 14.07.2020

Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək

16:25 14.07.2020

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

16:20 14.07.2020

Ermənistan Qazax rayonunun Xanlıqlar kəndini artilleriyadan atəşə tutub

16:17 14.07.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi

16:07 14.07.2020

"Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib" - Müdafiə Nazirliyi

15:55 14.07.2020

Baş Prokurorluq: Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlanılıb